EcoHub Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyi olaraq, PAŞA Holding və Trendyol ilə birlikdə ölkəmizdə yaşıllıq sahələrinin artırılması üçün genişmiqyaslı ağacəkmə kampaniyasına start verdik!
Bu təşəbbüs çərçivəsində ümumilikdə 10 hektardan çox ərazidə 12.500 ağacın əkilməsi planlaşdırılır. Kampaniyanın ilk mərhələsində, 25 aprel tarixində Bakının Müşfiqabad qəsəbəsində 500 ədəd Eldar şamı və zeytun ağacı əkildi. Bundan əlavə, Göygöl rayonunda 5.000 ağac əkilmişdir.
Növbəti ağacəkmə mövsümündə Lənkəran-Astara, Şəki-Zaqatala və Quba-Xaçmaz bölgələrində yeni yaşıllıq sahələrinin salınması nəzərdə tutulur.
Bu təşəbbüsümüzlə ətraf mühitin qorunmasına, biomüxtəlifliyin artırılmasına və iqlim dəyişikliklərinin təsirini azaltmağa töhfə verməyi hədəfləyirik. EcoHub olaraq, daha yaşıl gələcək üçün çalışmağa davam edirik!
Ətraflı