Paylaşılıb: 27.7.2023
Tullantısız Azərbaycan Uğrunda adlı tədbir keçirilib Coca-Cola şirkəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “EcoHub” qeyri-kommersiya platformasının birgə əməkdaşlığı ilə "Tullantısız Azərbaycan Uğrunda" adlı tədbir keçirilib. Tədbir “Tullantısız Azərbaycan Uğrunda” proqramı çərçivəsində 2022-ci ildə görülən işlərin ümumi hesabatlılığının təqdim edilməsi, yeni layihənin və eyni zamanda EkoApp mobil tətbiqinin ictimaiyyətə təqdim etmək məqsədilə keçirilib. Təqdimat çərçivəsində Coca-Cola şirkətinin Avrasiya ölkələri üzrə İctimaiyyətlə Əlaqələr Direktoru Elşad Fərzəliyev çıxış edərək şirkətin qlobal "Tullantısız Dünya" strategiyasına əsasən Azərbaycanda icra olunan layihələr barədə məlumat verib: Daha sonra icra edilən layihələrdə fəallığına görə tərəfdaşlar təltif ediliblər. Tədbir zamanı "EcoHub" platforması tərəfindən 2022-ci il üzrə keçirilmiş layihələrin ümumi hesabatı və yeni layihənin təqdimatı ictimaiyyətə təqdim edilib. Plastik tullantıların ətraf mühitə vurduğu zərərin azaldılması və təkrar emalının təşviqi məqsədilə iri ticarət mərkəzlərinin parkinq hissələrinə plastik toplama qutularının yerləşdirilməsi ilə bağlı layihə haqqında geniş məlumat verilib. Keçid Linki