“Bahar təmizliyi” aksiyası keçirilib.

Paylaşılıb: 21.3.2023

Coca-Cola Azərbaycan, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və EcoHub platforması birgə tərəfdaşlığı ilə Beynəlxalq Təkrar Emal Günü ərəfəsində “Bu bahar ətraf mühiti də təmizləyək” şüarı ilə genişmiqyaslı “Bahar təmizliyi” aksiyasına start verib.Aksiya çərçivəsində Dəniz Mall Ticarət Mərkəzində xüsusi toplama məntəqəsi açılıb. 20 – 25 mart tarixləri arasında, hər gün saat 11:00-dan 18:00-a qədər fəaliyyət göstərəcək bu məntəqədə vətəndaşlar plastik tullantılarını təhvil verə bilərlər. Aksiyanın sonunda ən çox tullantı toplayan iştirakçılara həvəsləndirici hədiyyələr təqdim olunacaq.Aksiyanın məqsədi plastik tullantıların ətraf mühitə təsirini azaltmaq və təkrar emalı təşviq etməkdir. Vətəndaşları plastik tullantıları düzgün çeşidləyib, təkrar emala vermək üçün bu təşəbbüsə qoşulmağa dəvət edirik. Keçid Linki

slider-image
slider-image