Paylaşılıb: 18.9.2023
“EcoHub” ekoloji platformasının təşkilatçılığı ilə 16 sentyabr tarixində Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində “Xəzəri Qoruyaq!” adlı genişmiqyaslı ekoloji aksiya sona çatıb. Sentyabrın 1-dən 16-dək Xəzərin Xaçmaz, Lənkəran, Astara, Şabran, Siyəzən, Neftçala, Sumqayıt çimərliklərini əhatə edib Bakıda yekunlaşan aksiyada 1500 könüllü təxminən 11 hektar ərazini 5 tondan çox tullantıdan təmizləyib.Bu il ilk dəfə olaraq “Birgemiz: Taza Álem” ilə razılaşmaya əsasən Qazaxıstanda da analoji təmizlik aksiyası keçirilmişdir. Keçid Linki