Paylaşılıb: 29.12.2022
Coca-Cola şirkəti, “EcoHub” ekoloji platforması, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə əməkdaşlığı ilə keçirilən HORECA Pet Collection ekoloji layihəsi çərçivəsində MetroPark Ticarət Mərkəzində fləşmob keçirilib.Təşkil edilən fləşmobun keçirilməsində məqsəd cəmiyyətdə plastik tullantıların təbiətə təsiri barədə məlumatlılığı artırmaq, tullantıları çeşidləməyə diqqət çəkmək və istifadə olunmuş plastikləri təkrar emala yönləndirməkdir.HORECA Pet Collection ekoloji layihəsi Coca-Cola şirkətinin “Tullantısız Dünya” proqramının tərkibində icra olunur və HORECA (hotel,restortan, kafe) üzrə fəaliyyət göstərən müəssisələrdən plastik tullantıları toplamağı nəzərdə tutur.Bir ildir icra edilən layihəyə Bakı, Abşeron və Sumqayıt ərazisində fəaliyyət göstərən 200 müəssisə, Mingəçevir və Qəbələdən isə 9 müəssisə qoşulub. Ümumilikdə 45 tona yaxın plastik toplanaraq təkrar emal müəssisələrinə yönləndirilib. Keçid Linki