Paylaşılıb: 7.10.2024
“Məsuliyyətli ol” layihəsi çərçivəsində spirtli içki istehlak edilən ictimai iaşə obyektlərində 189 Taksi xidməti ilə əməkdaşlıq edərək pulsuz gediş təqdim edən kuponlar paylanılıb. Məqsədimiz ictimai maarifləndirilmənin artırılması, yol qəzalarının qarşısını almaq, spirtli içki qəbul edən şəxslərin təhlükəsiz şəkildə mənzilə çatmasını təmin etməkdir. Artıq 4 ildir ki, davam edən “Məsuliyyətli Ol” layihəsi Carlsberg Azerbaijan və EcoHub-ın birgə tərəfdaşlığı ilə həyata keçirilir. İndiyədək 10-dan çox rayonda sizi sükan arxasında məsuliyyətli davranmağa çağırır! Keçid Linki