BRAVO və Eco Hub tərəfdaşlığı ilə təmizlik aksiyası keçirilib.

Paylaşılıb: 14.8.2024

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “BRAVO” Supermarketlər Şəbəkəsi və “EcoHub” İctimai Birliyinin birgə tərəfdaşlığı ilə 12 avqust tarixində Xəzər Günü münasibətilə Xəzəryanı sahil ərazisində təmizlik aksiyası təşkil edilib.Aksiya zamanı Xəzər dənizkənarı ərazisi tullantılardan təmizlənərək, 340 kq-dan çox tullantı toplanıb və çeşidləməyə təhvil verilib. Bu təşəbbüs, Xəzər dənizinin ətraf mühitinin çirklənmədən qorunması və bioloji ehtiyatlarının mühafizəsi məqsədini daşıyır.“Xəzər günü”nün qeyd edilməsi ilə əlaqədar olaraq, bu aksiyanın əsas məqsədi əhalini Xəzər dənizinin təbii sərvətlərinin davamlı və səmərəli istifadəsi, ekoloji maarifləndirmə və təmiz mühitin qorunması istiqamətində məlumatlandırmaqdır. Keçid Linki

slider-image
slider-image
slider-image
slider-image
slider-image
slider-image
slider-image