“Eco Hub” Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyi COP29-un ikinci günündə tədbir təşkil edib.
2024-cü il noyabrın 12-də COP29 çərçivəsində Yaşıl Zonada yerləşən Milli QHT Forumu Pavilyonunda “Eco Hub” Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyi “İqlim Layihələrində İqlim Savadlılığı və Layihə İdarəetməsi üçün Kommunikasiyanın Gücləndirilməsi: Vətəndaş Cəmiyyəti, Media və Gənclər üçün Bacarıqların Artırılması” mövzusunda tədbir keçirib.
Tədbirdə Media eksperti, PreMark Agentliyinin təsisçisi Azər Nəzərov, İnovativ Biznes və İnkubator Mərkəzinin rəhbəri, Layihələrin idarə edilməsi kafedra müdirinin müavini Rasim Abdullayev, Azərbaycan Respublikasının Prezidenti yanında VXSİDA-nin Dövlət xidmətlərinin dizaynı və innovasiyalar şöbəsinin böyük məsləhətçisi Zəhra Həşimova iştirakçıların bilik və bacarıqlarının artırılması üçün təcrübələrini bölüşüblər.
Ətraflı