BRAVO Marketlər Şəbəkəsi və Eco Hub yeni ekoloji layihəyə başlayıb

Paylaşılıb: 9.7.2024

“Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində Bravo marketlər şəbəkəsi plastik tullantıların təkrar emalını təşviq etmək məqsədi ilə yeni bir ekoloji layihəyə start verib. Layihənin əsas məqsədi plastik tullantıların düzgün idarə olunmasını və təkrar emalını təşviq edərək, ətraf mühitin qorunmasına, təbii resursların səmərəli istifadəsinə töhfə verməkdir.Layihə çərçivəsində Eco Hub İctimai Birliyinin təşəbbüsü, Coca-Cola Fondunun və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə BRAVO hipermarketlərinin qarşısında yerləşdirilən plastik təkrar emal konteynerləri vasitəsilə plastik tullantıların toplanması təmin edilir.Konteynerlər hazırda Koroğlu, 20 Yanvar, Əhmədli m/s və Babək prospekti ərazisində yerləşən BRAVO hipermarketlərində mövcuddur. Bu təşəbbüs, vətəndaşları plastik tullantıların təkrar emalına cəlb edərək, ekoloji məsuliyyətin artırılmasına və ətraf mühitin qorunmasına dəstək verir. Ekoloji şüurun formalaşması və plastik tullantıların azaldılması məqsədilə cəmiyyətin hər bir üzvü bu layihədə fəal iştirak etməyə dəvət olunur. Keçid Linki

slider-image
slider-image
slider-image
slider-image