COP29 çərçivəsində Blue Zone-da Plastik tullantıların effektiv idarə edilməsi mövzusunda tədbir keçirilib COP29 sessiyası çərçivəsində “Effective management of Plastic Waste for Climate Resilience: Understanding Challanges and Discovering Opportunities” adlı tədbir təşkil olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyi və REC Caucasus tərəfdaşlığı, EcoHub İB-nin dəstəyi ilə icra olunan tədbir plastik tullantıların idarə edilməsi və iqlim dayanıqlığı sahəsində çalışan müxtəlif ölkələrin dövlət rəsmilərini, beynəlxalq təşkilatların təmsilçilərini, yerli və beynəlxalq ekspertləri bir araya gətirib. Toplantının məqsədi plastik tullantıların yaratdığı qlobal və regional çağırışları müzakirə etmək, ən yaxşı təcrübələri bölüşmək və mümkün həll yollarını araşdırmaqdır.
Ətraflı
“Eco Hub” Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyi COP29-un ikinci günündə tədbir təşkil edib. 2024-cü il noyabrın 12-də COP29 çərçivəsində Yaşıl Zonada yerləşən Milli QHT Forumu Pavilyonunda “Eco Hub” Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyi “İqlim Layihələrində İqlim Savadlılığı və Layihə İdarəetməsi üçün Kommunikasiyanın Gücləndirilməsi: Vətəndaş Cəmiyyəti, Media və Gənclər üçün Bacarıqların Artırılması” mövzusunda tədbir keçirib. Tədbirdə Media eksperti, PreMark Agentliyinin təsisçisi Azər Nəzərov, İnovativ Biznes və İnkubator Mərkəzinin rəhbəri, Layihələrin idarə edilməsi kafedra müdirinin müavini Rasim Abdullayev, Azərbaycan Respublikasının Prezidenti yanında VXSİDA-nin Dövlət xidmətlərinin dizaynı və innovasiyalar şöbəsinin böyük məsləhətçisi Zəhra Həşimova iştirakçıların bilik və bacarıqlarının artırılması üçün təcrübələrini bölüşüblər.
Ətraflı
COP29 çərçivəsində Eco Hub İctimai Birliyi yerli və beynəlxalq təşkilatlarla təcrübə mübadiləsi keçirib. Tədbirdə ASAN Könüllüləri kimi yerli və PT Pertamina, CBIT Indonesia, Coaction Indonesia kimi beynəlxalq təşkilatlarla iqlim dəyişikliyi mövzusunda birgə fəaliyyətlərin təşviqi məqsədilə iqlimə dair təcrübələrin bölüşülməsi üçün film göstərimi və müzakirə sessiyası keçirilmişdir. İqlim dəyişikliyi məsələlərinin qlobal miqyasda müzakirə olunduğu bu tədbir, həmçinin Azərbaycanın və İndoneziyanın yerli qeyri-hökumət təşkilatlarının və könüllülərinin təcrübələrini paylaşmaq, bir-birindən öyrənmək və hər iki ölkənin ekoloji fəaliyyətlərinə yeni baxış bucağı əlavə etmək imkanı yaratdı.
Ətraflı
“Eco Hub” Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyi COP29-un açılış günündə tədbir təşkil edib. 2024-cü il noyabrın 11-də COP29 çərçivəsində Yaşıl Zonada yerləşən Milli QHT Forumu Pavilyonunda “Eco Hub” Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyi “Ekoloji məsələlərinin həllində əməkdaşlıq: şirkətlərin ətraf mühit fəaliyyətlərində QHT-lərin rolu” mövzusunda tədbir keçirib. ETSN yanında İctimai Şuranın katibi, EcoHub İctimai Birliyin sədri Tükəzban Ağababayeva bildirib ki, məqsəd ekoloji problemlərin həllində QHT-lərin vacib rolunu geniş auditoriyaya çatdırmaq və şirkətlərin ekoloji siyasətlərində QHT-lərlə əməkdaşlığın əhəmiyyətini önə çıxarmaqdır.
Ətraflı