"Yaşıl Dünya Naminə Həmrəylik İli" çərçivəsində Bravo marketlər şəbəkəsi plastik
tullantıların təkrar emalını təşviq etmək məqsədi ilə yeni bir ekoloji layihəyə start verib.
Layihənin əsas məqsədi plastik tullantıların düzgün idarə olunması və təkrar emalını təşviq edərək, ətraf mühitin qorunmasına, təbii resursların səmərəli istifadəsinə töhfə verməkdir.
EcoHub İctimai Birliyinin təşəbbüsü, Coca Cola Fondunun və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə icra olunan layihə çərçivəsində Bravo hiperlərin qarşısında yerləşdirilmiş plastik təkrar emal konteynerləri vasitəsilə plastik tullantıların toplanması təmin ediləcək.
Bu konteynerlər Koroğlu, 20 Yanvar, Əhmədli m/s və Babək prospekti ərazisində yerləşən Bravo hiperlərdə mövcuddur.
Ətraflı