Paylaşılıb: 23.12.2024
"20 dekabr tarixində Şamaxı şəhərində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) və Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Coca-Cola Fondunun, Qlobal Su Çağırışı üzrə Koalisiyasının və Eco Hub İctimai Birliyinin dəstəyi ilə “Dayanıqlı Su Təşəbbüsləri” Proqramı çərçivəsində “Şamaxı rayonunun Mərzəndiyyə kəndinin su təminatının yaxşılaşdırılması”nı hədəfləyən layihənin təqdimatı keçirildi. Tədbir, Mərzəndiyə kəndinə yeni su xəttinin çəkilişinə başlanılması ilə əlaqədar təşkil edilmişdir. Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, ADSEA-nın “Regional Su Meliorasiya Xidməti”nin sədr müavini Şöhrət Süleymanov və Coca-Cola şirkətinin Avrasiya ölkələri üzrə İctimaiyyətlə Əlaqələr direktoru Elşad Fərzəliyev iştirak etmişdir. Layihə çərçivəsində, Mərzəndiyə kənd sakinlərinin uzun müddətdir gözlədiyi içməli su təminatının yaxşılaşdırılması məqsədilə infrastruktur qurulması və su resurslarının səmərəli idarə olunması üçün bir sıra tədbirlər həyata keçiriləcək. Bu təşəbbüs, boru xətlərinin çəkilməsi və kənd sakinlərinin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı mühüm addımlar atacaq. Nəticədə, Mərzəndiyə kəndində yaşayan 1311 sakin keyfiyyətli içməli su ilə təmin olunacaq. Keçid Linki