Sizə qürur hissi ilə bildiririk ki, #XəzəriQoruyaq aksiyası yekunlaşdı!
Bu il də aksiyanın əsas məkanı Bakı sahilləri oldu və birlikdə dənizimizi tullantılardan təmizlədik
Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində təşkil olunan tədbirdə yüzlərlə könüllü bir araya gəldi. Onların dəstəyi ilə 3,5 hektar sahə tullantılardan təmizləndi, ümumilikdə isə 5 ton tullantı toplanaraq təkrar emala göndərildi. 💪♻️
Bu təşəbbüs artıq 16 ildir ki, davam edir və hər il minlərlə insanı təbiət uğrunda birləşdirir. Ən dəyərli hissə isə könüllülərin bir-birinə dəstək olaraq böyük həvəslə çalışması idi – çünki təbiət üçün edilən hər kiçik addım gələcəyimiz üçün böyük nəticə deməkdir.
Layihənin həyata keçirilməsində bizə dəstək olan @cocacolacoaze , @ecogovaz , @ecohub.az , @socarofficial, @carlsbergazerbaijan, @mcdonalds.az , @adragovaz, @globalmediagroup, @pwc_azerbaijan, @amchamazerbaijan və digər tərəfdaşlara, həmçinin bütün könüllülərə dərin təşəkkürümüzü bildiririk! 🙏
Birlikdə təbiəti qorumaq – gələcəyi qorumaq deməkdir.
#xəzəriqoruyaq #xəzəriqoruyaq16 #costalcleanup #recycle #caspiansea #ətrafmühit #SeeTheChange #Internationalcoastalcleanup #WorldWithoutWaste
Ətraflı