Sustainability Ideation Challenge müsabiqəsi yekunlaşdı

Paylaşılıb: 15.10.2024

12 oktyabr 2024-cü il tarixində “Sustainability Ideation Challenge”in final mərhələsini keçirilmişdir. 100-dən artıq müraciətin daxil olduğu müsabiqədə iştirakçılar dayanıqlılıq sahəsində yaradıcı və innovativ ideyaları ilə diqqət çəkiblər. İki mərhələnin sonunda müəyyənləşən 20 komanda final mərhələsində iştirak etmək hüququ qazanaraq layihələrini öz sahəsində mütəxəssis olan münsiflər heyətinə təqdim edib.Müsabiqədə ilk üç yeri tutan komandalar və onların layihələri aşağıdakı kimidir:1. “AquaFloc” komandası, “Sənaye sularının təmizlənməsi” layihəsi2. “44Days” komandası, “iTarla” layihəsi3. “Suqovuşan” komandası, “Zeolite” layihəsi“Sustainability Ideation Challenge” müsabiqəsi “Eco Hub” Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyinin, “Coca-Cola” Fondunun, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, “Yaşıl ASAN” proqramının birgə əməkdaşlığı ilə həyata keçirilib və dayanıqlılıq mövzusunda innovativ layihələri dəstəkləmək məqsədi daşıyır. Müsabiqənin məqsədi ekoloji problemlərin həllinə töhfə verə biləcək yaradıcı ideyaları təşviq etmək və cəmiyyətin daha yaşıl gələcəyə çatması istiqamətində addımlar atmaqdır. Keçid Linki

slider-image
slider-image
slider-image
slider-image
slider-image
slider-image
slider-image