“Eco Hub” İctimai Birliyi COP29-un açılış günündə tədbir təşkil edib.

Paylaşılıb: 11.11.2024

"2024-cü il noyabrın 11-də COP29 çərçivəsində, Yaşıl Zonada yerləşən Milli QHT Forumu Pavilyonunda “Eco Hub” Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyi tərəfindən “Ekoloji məsələlərinin həllində əməkdaşlıq: şirkətlərin ətraf mühit fəaliyyətlərində QHT-lərin rolu” mövzusunda tədbir təşkil olunub. Tədbirdə ETSN yanında İctimai Şuranın katibi və EcoHub İctimai Birliyinin sədri Tükəzban Ağababayeva çıxış edərək bildirib ki, bu tədbirin məqsədi ekoloji problemlərin həllində QHT-lərin rolunun daha geniş auditoriyaya çatdırılması və şirkətlərin ekoloji siyasətlərində QHT-lərlə əməkdaşlığın əhəmiyyətinin vurğulanmasıdır. Tükəzban Ağababayeva, ekoloji məsələlərin yalnız dövlət və şirkətlər tərəfindən deyil, həm də qeyri-hökumət təşkilatlarının əməkdaşlığı ilə daha effektiv şəkildə həll oluna biləcəyini qeyd edib. O, həmçinin, QHT-lərin ekoloji təşəbbüslərdə fəal iştirakının və bu sahədəki töhfələrinin müasir dövrün tələblərinə uyğun olaraq daha da vacib olduğunu vurğulayıb. Bu tədbir, şirkətlərin ekoloji fəaliyyətləri ilə QHT-lərin üzvi əlaqələrinin gücləndirilməsini hədəfləyərək, ekoloji məsələlərin həllinə dair yeni yanaşmaların ortaya qoyulmasına imkan yaratdı. Eyni zamanda, bu cür təşəbbüslər, ekoloji əməkdaşlığın genişləndirilməsinin və gələcəkdə daha yaşıl və davamlı bir dünya qurulmasının vacibliyini bir daha gündəmə gətirdi. " Keçid Linki

slider-image
slider-image
slider-image
slider-image
slider-image
slider-image
slider-image