Paylaşılıb: 22.11.2024
"COP29 çərçivəsində Blue Zone-da plastik tullantıların effektiv idarə olunması və iqlim dayanıqlığı mövzusunda tədbir təşkil olundu. Beynəlxalq mütəxəssislər və dövlət rəsmiləri iştirak edərək, tullantıların azaldılması üzrə yeni yanaşmaları müzakirə etdilər. Tədbir, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və REC Caucasus tərəfdaşlığı, Eco Hub İctimai Birliyinin dəstəyi ilə təşkil olunmuşdur. “Effective management of Plastic Waste for Climate Resilience: Understanding Challenges and Discovering Opportunities” adlı tədbir, plastik tullantıların idarə edilməsi və iqlim dayanıqlığı mövzularını müzakirə etmək üçün müxtəlif ölkələrdən gələn dövlət rəsmilərini, beynəlxalq təşkilatların təmsilçilərini və ekspertləri bir araya gətirdi. Tədbir boyunca iştirakçılarla plastik tullantıların qlobal və regional səviyyədə yaratdığı çağırışlar haqqında fikir mübadiləsi apararaq, ən yaxşı təcrübələri bölüşməklə bu məsələnin həlli istiqamətində yeni imkanlar üzərində müzakirələr həyata keçirilmişdir." Keçid Linki