Bakıda “Yaşıl dünya naminə Həmrəylik: Dayanıqlı Gələcək üçün Tullantıdan Dəyərə” adlı Beynəlxalq Forum keçirilib.

Paylaşılıb: 29.6.2024

27-28 iyun tarixlərində Bakıda “Yaşıl Dünya Naminə Həmrəylik: Dayanıqlı Gələcək üçün Tullantıdan Dəyərə” adlı Beynəlxalq Forum keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı, “Eco Hub” İctimai Birliyinin icraçı tərəfdaşlığı ilə keçirilən forumun əsas məqsədi ətraf mühitin mühafizəsi, dayanıqlı gələcəyə doğru birgə fəaliyyətin artırılması, ekoloji həmrəylik və idarəçilik sahəsində ölkəmizin liderlik rolunun qlobal miqyasda təşviq edilməsi, həmçinin tullantıların idarə olunmasında ən yaxşı təcrübələrin və innovativ yanaşmaların yayılması olub.Forumda BMT-nin səlahiyyətli təmsilçiləri, müxtəlif beynəlxalq təşkilatların nümayəndələri və xarici ölkələrin rəsmi şəxsləri iştirak ediblər. Bu tədbir, həmçinin ətraf mühitin qorunmasına yönəlmiş qlobal əməkdaşlığın gücləndirilməsi və tullantıların idarə edilməsi sahəsində innovativ həllərin tətbiqi baxımından önəmli bir addım olub.Forumun yekununda iştirak edən təşkilatlar və şirkətlər tərəfindən tullantıların dayanıqlı idarə edilməsi, innovativ qablaşdırma həlləri, təkrar emal və tullantıların azaldılması strategiyalarının təşviqinə dair "Sıfır Tullantı" Bakı Təşəbbüsü qəbul edilib. Bu təşəbbüs, gələcəkdə ətraf mühitin qorunması və dayanıqlı inkişafın təmin edilməsi istiqamətində mühüm bir addım olaraq qiymətləndirilir. Keçid Linki

slider-image