EcoHub tərəfdaşları ilə ekoloji təşəbbüsləri uğurla icra edir.

Paylaşılıb: 8.4.2025

COP29 dövründən sonra ekoloji mühitlə bağlı EcoHub Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyi, ətraf mühitə dair maarifləndirmə və praktiki təşəbbüslərlə Azərbaycanda ekoloji mədəniyyətin formalaşmasına töhfə verməyə davam edir. Bu istiqamətdə EcoHub-ın təşəbbüsü, SOCAR Trading və Coca-Cola şirkətlərinin dəstəyilə 2 layihə icra olunub. Eco Hub-ın təşəbbüsü və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfdaşlığı ilə ali və orta ixtisas təhsili müəssisələrində plastik tullantıların toplanmasına əlavə dəstək vermək məqsədilə çeşidləmə qutuları yerləşdirilib. Layihə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının tərəfdaşlığı ilə həyata keçirilir və əsas məqsədi plastik tullantıların ətraf mühitə zərərini azaltmaq, tələbələr arasında çeşidləmə mədəniyyətini inkişaf etdirmək və ekoloji məsuliyyəti artırmaqdır. Bununla yanaşı, EcoHub-ın təşəbbüsü ilə ekoloji məsələlərin müxtəlif aspektlərini müzakirəyə çıxararaq cəmiyyətin bu sahədəki məlumatlılığını artırmaq məqsədilə "Green Talks" Podcast seriyası yayımlanmışdır. SOCAR Trading və Coca-Cola şirkətlərinin korporativ sosial məsuliyyət çərçivəsində dəstəklədiyi bu layihə, qlobal ekoloji problemləri yerli kontekstdə izah edir. 2024-cü ildə COP29 dövründə yayıma başlayan və 12 seriyada yayımlanan buraxılışda biomüxtəliflik, dairəvi iqtisadiyyat, tullantıların idarə olunması, korporativ sosial məsuliyyət və COP29 kimi mövzular gündəmə gətirilib. Aparıcılığı Eco Hub-ın sədri Tükəz Hüseynova tərəfindən həyata keçirilən buraxılışlarda SOCAR nümayəndələri, tanınmış ekspert və mütəxəssislər iştirak ediblər. Layihə sosial mediada geniş maraqla qarşılanıb. "GreenTalks" ümumilikdə 1.2 milyon nəfərdən çox izləyiciyə çatıb. Hər iki təşəbbüs Eco Hub-ın məqsədyönlü fəaliyyətinin bir hissəsi olaraq, cəmiyyətin müxtəlif təbəqələrini ekoloji məsələlərə cəlb etmək və davamlı gələcək naminə müsbət davranış dəyişikliyinə təkan vermək üçün nəzərdə tutulub.

slider-image
slider-image
slider-image
slider-image
slider-image
slider-image
slider-image