"Daha yaxşı ətraf mühit, Daha yaxşı gələcək" şüarı ilə ekoloji dayanıqlılığa nail olmağı hədəfləyən, ekoloji məsuliyyət hissini aşılayan, qablaşdırma tullantılarının dövri iqtisadiyyata cəlbini stimullaşdıran həllər təklif edən, sudan səmərəli istifadəni və ağacəkməni təşviq edən, eləcə də müxtəlif maraqlı tərəfləri – dövlət qurumları, iş dünyası, ictimai təşkilatları və fərdləri ekoloji məqsədlərə nail olmaq üçün birləşdirən platformayıq.
Bizim misiyamız plastik tullantılarının ətraf mühitə mənfi təsirinin azalmasına kömək etmək, təkrar emala dəstək göstərmək, bu sahədə innovativ həllər tətbiq etmək və sıfır tullantı fəlsəfəsi təbliğ edib daha çox insanı bu fəaliyyətlərə cəlb etməkdir.