Paylaşılıb: 8.10.2025
“EcoHub” Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyinin təşkilatçılığı və “Japan Tobacco International” (JTI) şirkətinin Azərbaycandakı nümayəndəliyinin təşəbbüsü ilə sahil ərazisində təmizlik aksiyası həyata keçirilib. Aksiya zamanı tərəfdaş şirkətin əməkdaşlarının da iştirakı ilə çimərlik sahilindən 300 kiloqramdan çox tullantı toplanaraq ərazi tullantılardan təmizlənib. Tədbirin əsas məqsədi ətraf mühitin qorunmasına, ictimaiyyət arasında ekoloji maarifləndirmənin artırılmasına və təmiz təbiətə töhfə vermək idi. EcoHub olaraq biz daha təmiz və sağlam ətraf mühit üçün birgə səylərimizi davam etdiririk.