XəzəriQoruyaq 2025 aksiyası yekunlaşdı!

Paylaşılıb: 23.9.2025

✨ Sizə qürur hissi ilə bildiririk ki, #XəzəriQoruyaq aksiyası yekunlaşdı! 🌊 Bu il də aksiyanın əsas məkanı Bakı sahilləri oldu və birlikdə dənizimizi tullantılardan təmizlədik 📍 Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində təşkil olunan tədbirdə yüzlərlə könüllü bir araya gəldi. Onların dəstəyi ilə 3,5 hektar sahə tullantılardan təmizləndi, ümumilikdə isə 5 ton tullantı toplanaraq təkrar emala göndərildi. 💪♻️ Bu təşəbbüs artıq 16 ildir ki, davam edir və hər il minlərlə insanı təbiət uğrunda birləşdirir. Ən dəyərli hissə isə könüllülərin bir-birinə dəstək olaraq böyük həvəslə çalışması idi – çünki təbiət üçün edilən hər kiçik addım gələcəyimiz üçün böyük nəticə deməkdir. 🌍✨ Layihənin həyata keçirilməsində bizə dəstək olan @cocacolacoaze , @ecogovaz , @ecohub.az , @socarofficial, @carlsbergazerbaijan, @mcdonalds.az , @adragovaz, @globalmediagroup, @pwc_azerbaijan, @amchamazerbaijan və digər tərəfdaşlara, həmçinin bütün könüllülərə dərin təşəkkürümüzü bildiririk! 🙏 Birlikdə təbiəti qorumaq – gələcəyi qorumaq deməkdir. #xəzəriqoruyaq #xəzəriqoruyaq16 #costalcleanup #recycle #caspiansea #ətrafmühit #SeeTheChange #Internationalcoastalcleanup #WorldWithoutWaste

slider-image
slider-image
slider-image
slider-image
slider-image
slider-image
slider-image