EcoHub könüllülərinin təltifolunma tədbiri keçirildi

Paylaşılıb: 8.10.2025

“EcoHub” Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyi tərəfindən könüllülərin fəaliyyətlərinin qiymətləndirilməsi məqsədilə təltifolunma tədbiri təşkil edilib. Tədbir çərçivəsində EcoHub-un könüllülərinə ekoloji təşəbbüslərdə fəal iştiraklarına görə sertifikatlar təqdim olunub. Bu təşəbbüs könüllülərin əməyinin tanınması, onların motivasiyasının artırılması və ekoloji dəyərlərin təbliği məqsədi daşıyır. EcoHub olaraq, könüllülərimizin dəstəyi ilə daha yaşıl və təmiz gələcək naminə birgə fəaliyyətimizi davam etdiririk. Bütün könüllülərimizə göstərdikləri töhfələrə görə təşəkkür edir və gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

slider-image
slider-image
slider-image
slider-image
slider-image
slider-image
slider-image