Paylaşılıb: 28.8.2025
“PAŞA Bank” və “EcoHub” arasında qurulan əməkdaşlıq çərçivəsində bankın 7 ofisində tullantıların səmərəli idarəolunması və təkrar emala yönləndirilməsi məqsədilə xüsusi çeşidləmə qutuları yerləşdirilib. Yeni təşəbbüs çərçivəsində toplanan tullantılar “Tullantıları Hədiyyəyə Dəyiş” layihəsinə təqdim olunaraq faydalı resursa çevrilir. Bu proses, həmçinin bank əməkdaşları arasında ekoloji məsuliyyətin güclənməsinə və davamlı həyat tərzinin təşviqinə xidmət edir. Qeyd edək ki, bu addım iş mühitində ekoloji dəyərlərin gücləndirilməsinə, resursların daha səmərəli istifadəsinə və dayanıqlı gələcəyin qurulmasına töhfə verir. “EcoHub” isə təşəbbüsün digər korporativ qurumlara da nümunə ola biləcəyini və ölkədə tullantıların azaldılması istiqamətində müsbət nəticələr verəcəyini vurğulayıb. Bu əməkdaşlıq “PAŞA Bank”ın sosial məsuliyyət strategiyasının tərkib hissəsi olaraq ekoloji davamlılığa və ətraf mühitin qorunmasına dəstək məqsədi daşıyır.