Paylaşılıb: 5.8.2024
Eco Hub Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyi, AmCham Azərbaycan tərəfindən təşkil edilən “Sustainability Handbook” təqdimat tədbirində iştirak edib.Tədbirdə çıxış edənlər arasında AmCham Azərbaycanın prezidenti Dəyanət Sadullayev, “Azerbaijan Coca-Cola Bottlers” MMC-nin baş direktoru Rəna Məmmədova, BP-nin vitse prezidenti Bəxtiyar Aslanbəyli və Eco Hub İctimai Birliyinin sədri Tükəz Hüseynova yer alıb.Təqdimatın məqsədi, davamlılıq prinsiplərini və ekoloji təşəbbüsləri daha geniş auditoriyaya təqdim etmək, eyni zamanda bu sahədə atılacaq addımlara dəstək vermək idi. Keçid Linki