Paylaşılıb: 25.5.2024
25 may 2024-cü il tarixində “Eco Hub” Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə, “Japan Tobacco International” (JTI) şirkətinin Azərbaycandakı nümayəndəliyinin tərəfdaşlığı ilə ağacəkmə aksiyası keçirildi. Aksiya çərçivəsində tərəfdaş şirkətin əməkdaşları ilə birgə 1.000 ədəd ağac əkildi. Bu təşəbbüs, ekosistemin qorunmasına və ekoloji şüurun artırılmasına yönəlik mühüm addımlardan biridir. Təbiətə verdiyimiz dəstəyi artıraraq daha yaşıl bir gələcək üçün çalışırıq! 💚 Keçid Linki