Ecohub Ağacəkmə layihəsi

Paylaşılıb: 29.9.2019

29 oktyabr 2022 -ci il tarixində EcoHub Ekoloji Platformasının təşkilatçılığı, “Japan Tobacco International” (JTI) şirkətinin Azərbaycandakı nümayəndəliyinin dəstəyi və “Tabaterra” Qapalı Səhmdar Cəmiyyətinin tərəfdaşlığı ilə Sumqayıt Sənaye Parkında yerləşən Tabaterra zavodunun ərazisində ağacəkmə aksiyası keçirilib. Aksiyada tərəfdaşların əməkdaşları ilə birlikdə 200-dən çox ağacları əkilib, abadlıq işləri aparılaraq ağacların dibi yumşaldılıb, yaşıllıqlara aqrotexniki qulluq göstərilib. Aksiyanın keçirilməsində məqsəd ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir. EcoHub-ın bu cür ekoloji aksiyaları mütəmadi olaraq təşkil etməkdə məqsədi ətraf mühitin mühafizəsinin vacibliyini insanların, xüsusilə, gənc nəslin və müxtəlif şirkətlərin ekoloji problemlərə qarşı mübarizədə aktivliyini artırılmasıdır.

slider-image
slider-image
slider-image
slider-image
slider-image